Ordumuz Aprel döyüşlərində strateji yüksəkliklərə nəzarəti bərpa etdi- ÖZƏL

"Ermənistan aprel döyüşlərinə qədər nəzarət etdiyi hündürlüklərdən Ağdərə, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayaış məntəqələrini mütəmadi atəş altında saxlayırdı. Aprel döyüşlərində ordumuz Lələtəpəni və Talış kəndi istiqamətində strateji yüksəklikləri işğaldan azad edilərək nəzarətimizi bərpa etdik. Cocuq Mərcanlıda təhlükəsizlik təmin edildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, Aprel döyüşləri düşmənin döyüş iradəsini sındırdı: "Hətta keçmiş Prezident Serj Sarkisyan döyüş əməliyyatlarının dayandırılmasına yalvararaq münaqişəni danışıqlar yolu ilə həll olunmasına razı olduğunu bildirmişdi. Amma bir müddət keçəndən sonra o, yenə öz erməniliyində qaldı. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı idi. Məhz 27 sentyabr 2020-ci ildə başlanmış müharibədə erməni ordusu aprel döyüşlərində aldığı ruh düşkünlüyünü təkrar edərək döyüş meydanından siçan kimi qaçmağa başladı. Azərbaycan ordusunun qarşısını heç nə ala bilməzdi. Ordumuz qarşısına qoyulmuş tarixi vəzifəni uğurla icra edirdi. Nəhayət 44 gündən sonra Şuşada bayrağımız dalğalandırıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31