Kamran Əliyev texnologiyaların tətbiqinin çətinliklərindən danışdı

Elektron texnologiyalar ibtidai araşdırmaya prosessual rəhbərlik və nəzarətin, habelə məhkəmə nəzarətinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Olaylar xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

K.Əliyev bildirib ki, elektron texnologiyaların cinayət prosesinə tətbiqi kiberhücumlardan müdafiənin təmin edilməsi, cinayət prosesi iştirakçılarının şəxsi məlumatlarının qorunması, əməkdaşlara yeni texnologiyalardan istifadəyə dair təlimlərin keçirilməsi kimi özünəməxsus çətinliklər və risklər yaradır.

"Hazırkə konfransın keçirilməsində məqsəd müasir informasiya texnologiyalarının cinayət prosesinə tətbiqi zamanı yaranan belə çətinliklərin müzakirə edilərək, optimal çıxış yollarının müəyyən edilməsindən ibarətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31