Qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti nəzərə alınmalıdır - Gündüz Kərimov

Rəqəmsallaşma bütün sahələri əhatə edir.

Olaylar xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.

G.Kərimov bildirib ki, vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir.

"Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət təqibi metodlarının rəqəmsallaşması ilə yanaşı, yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır.

Baş prokurorluq ölkədə məhkəmələrdən əvvəl qanunvericiliyin tətbiqi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş prokurorluğun üzərinə düşür.

Gələcək qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti, qanunvericiliyin inkişaf istiqamətləri nəzərə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31