Jalə Əhmədova 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr edilmiş konfransda iştirak edib

Millət vəkili Jalə Əhmədova 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr edilmiş onlayn konfransda iştirak edib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Almanya Medina Dərnəyinin (Begegnungsstube Medina e.V.) 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr edilmiş onlayn konfransda iştirak etdim.  Deputat həmkarım Elman Nəsirov,  Bakı Mühəndislik Universitetinin şöbə müdiri Bilal Dədəyev,  Quba Soyqırımı Anım Kompleksinin direktoru Rəxşəndə Bayramova,  Mingəçevir Dövlət Universitetindən Rahilə Məmmədova və 
Almanya Medina Dərnəyi (Begegnungsstube Medina e.V.) Azərbaycan və Cənubi Koreya təmsilçisi Anar Rzayevin qatıldığı konfransda çıxış edərək erməni millətçilərinin tarixin müxtəlif dövrlərində Azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməsindən danışdım. Qeyd etdim ki, onların içərisində Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin 30 mart-3 aprel tarixlərində daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31