Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb - Fuad Ələsgərov
2 Aprel 2024 10:22 SiyasətÖlkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir.
Olaylar xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün keçirilən "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda konfransda deyib.
F.Ələsgərov bildirib ki, hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb.
"Çoxsaylı innovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir", - deyə F.Ələsgərov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31