Deputat sosial şəbəkə izləyicilərinə müraciət etdi- ÖZƏL

"Cəmiyyətdə baş verən neqativ halların həllinə bacardıqca hər kəs səfərbər olmalıdır. Sosial şəbəkələrdə əsaslı mənbələrdən qaynaqlanmayan məlumatlar tirajlanır. Və bilmədən biz də həmən informasiyaların alıcısı və daşıyıcısına çevirilirik". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov sosial şəbəkə izləyicilərinə müraciət edərkən deyib: "Həqiqəti əks etdirməyən dezinformasiyaları bizə dost mövqeyində olmayan revanşist qüvvələr öz xeyirlərinə istifadə edirlər. Xahiş edirəm ki, hər birimiz bu işə həssas yanaşaq. Dövlətimizə və dövlətçiliyimizə zərrə qədər ziyan törədə biləcək hərəkətlərdən qaçaq və ətrafımızı məlumatlandıraq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31