Ermənistan Fransanın təhriki ilə hər cür təxribatlara əl ata bilər- ÖZƏL

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Politoloq Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, ümumiyyətlə Ermənistanın şərti sərhəddə zirehli texnika və hərbiçilərini yerləşdirməsi sülh danışıqlarının pozulmasıdır: "Halbuki Ermənistan rəhbərliyi Qazaxın dörd kəndi geri verməklə, delimitasiya ilə paralel sərhəd qoşunlarını yerləşdirməyi qeyd edirdi. Hazırda əksinə addım ataraq sərhəddə ağır texnikalar, silahlar yerləşdirir. 
Ermənistan Fransanın təhriki ilə hərbi təxribatlara əl ata bilər. Bunun genişmiqyaslı müharibəyə gətirib çıxaracağı istisnadır. Ermənistan Cermux istiqamətində Azərbaycan ordusunun geri çəkilməsini bütün danışıqlar prosesində qaldırır. Yerevan Fransanın təhriki ilə Cermux istiqamətində və digər şərti sərhəddə durmadan silaha möhkəmlənirsə, Azərbaycan preventiv addımlar atmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31