Ermənistan 5 aprel görüşünü keçirməklə öz uğursuzluqlarını pərdələməyə çalışır-Vüqar Əhmədov- ÖZƏL
1 Aprel 2024 18:34 Siyasət"Ermənistan məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirməyə cəhd edir, çünki öhdəliklərlə bağlı Azərbaycanın təzyiqləri artır. Ermənistan üçün iki yol qalır, ya bu öhdəlikləri yerinə yetirmək, ya da təxribatlara əl ataraq sərhəddə gərginlik yaratmaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Fransanın iştirakı ilə Azərbaycan danışıqlara gedən deyil, Ermənistan siyasi rəhbərliyi bunu bildiyindən davamlı şəkildə bu görüşləri Fransanın və Qərbin iştirakı ilə aparmağa çalışır. Belə vəziyyətdə isə dalana dirənən danışıqların nəticəsi yenidən hərbi qarşıdurma kimi görünür, bunda isə maraqlı olan tərəf Ermənistandır, çünki sentyabrda keçirilən anti-terror əməliyyatı və digər uğursuzluqları ört basdır etmək istəyir, 5 aprel görüşünü keçirməklə öz uğursuzluqlarını pərdələməyə çalışır. Elə bir fon yaradır ki, guya Azərbaycan ona hücum edəcək, Avropa İttifaqından hansısa dırnaqarası təhlükəsizlik zəmanəti almağa çalışır".