Məqsəd ABŞ və Avropa İttifaqının müdafiəsini təmin etməkdir-Əli Mustafa- ÖZƏL
1 Aprel 2024 18:14 Siyasət"Azərbaycan-Ermənistan münaqişəsinin həlli açıqdır. Sülh müqaviləsi olmadıqca, bu atəşkəs hər zaman müharibəyə çevirilə bilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"İndiyə qədər münaqişə Azərbaycanın ərazisində-Qarabağ bölgəsində və Qarabağa bitişik digər rayonların ərazisində idi. İndi bir-başa Azərbaycan-Ermənistan sərhəddində münaqişə ehtimalı var. Bu onunla bağlıdır ki, Azərbaycanın işğal altında olan kəndlərini ermənilər boşaltmır, müxtəlif bəhanələrlə işğalı uzadırlar. Tərəflər arasında anlaşmanın və sülhün yaxınlaşmasını əngəlləyir. Son günlər belə məlumatlar var ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın qərb bölgəsinə doğru irəliləyir. Ermənilər bunu etiraf edirlər, amma hansısa təlimin olduğunu deyir. Hər halda görmək olur, məlumatları almaq asandır. Qısası, bir formada Azərbaycan-Ermənistan sərhədlərinə qoşunların yığılma ehtimalı var. Azərbaycan da adekvat addımlar atır və atmalıdır. Böyük ehtimalla Azərbaycan da öz qoşunlarını yeridəcək. Bu, qarşıdurma riskini bir qədər də artırır.
Nə ilə bağlı ola bilər? Ola bilər ki, Ermənistan tərəfi kəndləri vermək istəmir, yaxud da Ermənistan yüngülvari qarşıdurma yaradaraq 5 aprel öncəsi dünyaya mesaj vermək istəyir ki, Ermənistan müdafiəsiz haldadır. ABŞ və Avropa İttifaqının müdafiəsini təmin etmək üçün süni qarşıdurma yaratmaq istəyərlər. Bütün hallarda hansısa qarşıdurma olacaqsa, bunun məsuliyyəti Ermənistandadır".