Ermənilər özlərinə saxta tarix yazsalar da daim fakt qarşısında aciz qalırlar- ÖZƏL

"Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Ermənilər özlərinə saxta tarix yazsalar da daim fakt qarşısında aciz qalırlar". "Olaylar" xəbər verir ki, bunu  YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurmaqla yanaşı, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Azərbaycan qısa müddətdə buna nail oldu, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıldı. Belə ki, Ümummilli Liderin  26 mart 1996-cı ildə "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırımasını təmin etdi. Ulu Öndər Heydər Əliyev daşnakların törətdikləri soyqırımlarına siyasi qiymət verməklə daha bir tarixi missiyasını yerinə yetirdi. Bu tarixi missiyanın davamı olan sözügedən Fərman  erməni millətçilərinin keçirdikləri qanlı aksiyaları təsdiqləyən növbəti faktların araşdırılması üçün əlavə imkanlar yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31