Hesablama Palatası parlamentdə hesabat verəcək

Bu gün  Azərbayca Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Olaylar xəbər verir ki, Kollegiya iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı" müzakirə olunub.
 
Bildirilir ki, hesabatın təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31