Ermənistan müstəqil siyasət yürüdə bilməyən ölkədir- ÖZƏL
1 Aprel 2024 14:54 Siyasət"Sülh müqaviləsinin imzalanması prosesində Ermənistanın səmimi olmasını demək bir qədər çətin məsələdir. Əgər Ermənistan sülh tərəfdarı idisə, o zaman işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaldardı". "Olalyar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Cavid Osmanovun sözlərinə görə, bununla bağlı BMT-nin buna dair 4 qətnaməsi var idi: "Bir də ki, Ermənistan müstəqil siyasət yürüdə bilməyən ölkədir. Bu ölkə müəyyən dövlətlərin və dairələrin tapşırıqlarına uyğun hərəkət edir. Özünü müstəqil dövlət adlandıran heç bir ölkə bu kimi hallara yol verməz. Zamanla şahidi olmuşuq ki, Ermənistan özünü sülh istəyirmiş kimi göstərir, ancaq əməli olaraq təxribatlar törədir, işğalçılıq siyasətindən əl çəkmir. Ermənistanda anlamalıdrlar ki, bu ölkə kapitulyasiya etmiş ölkədir, revanş hissi daha ağır nəticələrə səbəb ola bilər. Azərbaycan qalib ölkə olaraq Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib. Düzdür, sülh hər bir ölkə üçün gərəkdir, ancaq sülh müqaviləsinin imzalanması Ermənistan üçün daha çox lazımdır. Azərbaycan regionda hər zaman sülh və əməkdaşlıq tərəfdarı olub".