Cənubi Qafqaz üzərində qurulan oyunun önəmli detalları ifşa olunub-Elçin Xalidbəyli- ÖZƏL

"Ermənistan nəyin bahasına olursa, olsun 5 apreldə keçiriləcək ABŞ-Ermənistan-Aİ arasında ortaq konfransa qədər Azərbaycanla sərhəddə hərbi toqquşmaların baş verməsində maraqlıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistana Avropa İttifaqı və ABŞ-ın təhlükəsizlik təminatı verməsi üçün bəhanələr, səbəblər yaratmağa çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Hərbi toqquşma  ABŞ və Aİ üçün də müəyyən əhəmiyyət kəsb edir. Çünki, belə toqquşmanın baş verəcəyi təqdirdə, ABŞ və Aİ Ermənistana təhlükəsizlik təminatı verilməsi məsələsini gündəmə gətirmək bəhanəsi qazana bilər. 
Rəsmi Bakı olduqca dəqiq geopolitik addımlar atmaqdadır. Hadisələri doğru qiymətləndirir və Azərbaycana qarşı qurulmuş bu məkrli planın hədəflərini tam dəqiqliyi ilə bilir. Ona görə də, ABŞ, Aİ və Ermənistanın qurduğu tələyə düşmək niyyətində deyil. Rəsmi Bakı Ermənistanın təxribat törədərək sonradan Azərbaycanı günahlandırmasına imkan vermək niyyətində deyil. Bu baxımdan hesab etmək olar ki, bu prosesin sonunda rəsmi Bakı yenə bu məkrli planı pozmuş olacaq. Belə anlaşılır ki, Ermənistanı nə qədər cəsarətləndirsələr də, baş verəcək hadisələrə görə məsuliyyət Ermənistanın, həm də Ermənistanın beynəlxalq himayədarlarının üzərində olacaq. Rəsmi Bakının verdiyi bəyanatlarda da məhz bu məsələ, yəni beynəlxalq himayədarların məsuliyyət məsələsi qabardılır. Hesab etmək olar ki, Cənubi Qafqaz üzərində qurulan böyük oyunun önəmli detalları demək olar ki, ifşa olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31