"Arstax Birliyi" hansı məqsədlə yaradılıb?- ÖZƏL

"Ermənistanda keçmiş separatçılardan olan Artak Belqaryan "Arstax Birliyi" yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  birliyin əsas planı Qarabağdan koc etmiş insanların maddi və sosial problemlərin həllinə yönəlib: "Bir müddətdən sonra bu birliyin siyasi tələblər edəcəyi və Azərbaycana qarşı növbəti dəfə təxribatçı çağırışlar edəcəyi mümkündür. Ermənistanın bəzi vətəndaşları "Artsax Respublikası" Birliyə döndüyü kimi suallar ünvanlayırlar. Artak Belqaryan Xankəndində separatçıların "dövlət naziri" olub. Bu kimi separatçıların Ermənistanda müxtəlif adlarla meydana çıxması N. Paşinyanın işini da çətinləşdirəcək. Ümumiyyətlə, Azərbaycan Ermənistana sülh müqaviləsində Qarabağla bağlı Ermənistanda hər-hansı bir QHT və digər qurumların yaradılmaması üçün bənd salmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31