Elmimizin, elimizin Vüqarı

Qafqazın nadir üzümçü alimlərindən olan aqrar elmləri doktoru Vüqar Səlimovun 50 illik yubleyinə bir- neçə söz.

VÜQAR- 50

Bu dünyada ALLAHIN insana bəxş etdiyi nemətlərdən, ali lütfdən biri dostdur. Dost ola bilmək də bir bəndəlik vəzifəsidir.

Əslində mən inana bilmirəm Vüqarın 50 yaşı olur, o vaxt biz kənddə 50 yaşlı insanları qoca hesab edərdik.. Məncə Farman da inanmır ki, biz 50 yaşa çatdıq. Bunlar mənim gözümdə hələ də dərsdən qaçıb savaşmağa gedən, tələbələrdir. Gündə bir qız istəyirdilər, elə bil yarışa girmişdilər. Hərdən onları danlayır ya məzələnirdim ki, biraz vəfalı olun bu dünyaya..

Amma indi baxıram ki, düz edirmişlər dünya özü vəfasızmış,
Gəncliyi aparmış,
İndi kimlərisə gənclik taxtında oturdub,
Boynumuza "50" asmış, 
bizi həyat kənarına atmış..

Amma dünyaya elə gəlir...
 biz təslim olmarıq, institutda da belə idik, heç kimə, tələbəyə, müəllimə təslim olmadıq, nə elmdə, nə dərsdən qaçmaqda, nə yolunu azmaqda, nə də əyri yoldan tez qayıtmaqda, bizi keçən, udan olmadı. Qız istəmkdə isə çempion idilər, dostlarım.
İndi əyri dünya sanır ki, bizi 50%- yarıya kimi udub... əsas odur ki, ürəyimiz, başımız azaddır, sağdır.

Dərsdən gəlmişdik . Yaman acmışdıq. Fərmana rayondan yağ, toyuq,  digər nələrsə göndərmişlər.
Vüqar bişirirdi. Qazandan qəşəng qoxu gəlirdi.
İndi nə o qazanlar, nə o qoxular vardır,
Hər şey şirin xatirlərdə qaldı..

Mən Fərmanın başını qatırdım, o hamısını bişirirdi.
Fərman:
- Ə adamsız ə, nolar bir az da saxlayın, mənim sonrama da qalsın...
Ay adam, nə adam, o vaxt adam vardı?
Hər şey günəşə göz vuran bəyaz qardı..
Yeyib- içmək başlardı.
Əşi biz nə danışardıq, nədən danışardıq bilmirəm, amma o qazandakı yemək kimi dadlı- duzlu, ətirli idi. Bəlkə o söhbətləri də kənddən bizə sovqat göndərmişlər, bilmirəm ki...

Həyat bəlkə bu dadaın, ətrin 50- ni apardı, indi hər şey mənasızlaşır. Yenə tez-tez otururuq yeməyə, söhbətə. O qazanı, o söhbəti görmürəm. Bəlkə gözlərimiz zəifləyib, ya bəlkə o vaxt Fərmana o yemək içməyi mələklər, cənnət payı göndərmişlər. O da deyirdi " mənim də sonrama saxlayın", bizi hərif zad sayırdı...
Amma indi yemək masasaında o qədər kabab- zad  qalır ki,  bəlkə biz onu şüuraltı sonraya saxlayırıq.

İndi bir böyük fərq də var, ailə, uşaq, iş, filan...
Həqiqətən də həyat o 50- ni boynumuza sarıyıb, sıxır bizi, ağırlaşdırır, sürüyür rəsmən, azdlığımızı içir...
Bizi əridib işə, kitaba, məqaləyə, ailə, uşağa köçürmək, içirmək, yedirtmək istəyir.

Amma biz heç vaxt təslim olmarıq, tələbəlikdən beləyik. Hə, arada gedişlərimiz olur, çaşdırırıq, həyatı , 50- ni, 100 - də.
Amma sonda qalib gəlirik.
Ramazan çıxsın, bu 50- ni də boğacıq, udacıq, içəcik, əridəcik.  Biz onun boynuna müdirikliyi, nəvə qığıltısını, kamilliyi dolayacağıq.

Biz bu 50 - yə başqa cür qələbə çalaçağıq, həyat özü də əhsən deyəcək, əzrayıl da başını bulayıb, 50 il uzağa gedəcək.

50 illiyin mübarək Vüqar.

Aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimovun Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə yenicə təyin edilmişdi. 
İlk Elmi Şuranın gündəliyindəki məsələləri oxuyanda, Vüqar müəllimin dəsti xətti hiss olundu. Əmin oldum ki, eni direktorun rəhbərliyi altında bu institutut Azərbaycan aqrar elminə nəzəri və paktiki ciddi, real yeniliklər verəcək. Ənənəvi metod və təcrübələrlə yanaşı, müasir metodlrın tətbiqi ilə məhsulun kəmiyyət və keyfiyyət göstəricilirənin artırılması, aborgen üzüm sortlarının genefondunun qorunması, yeni sortların iqlimləşdirilməsində vacib kriterilərin müəyyənləşdirilməsi, ən başlıcası isə regional tingçilik mərkəzlərinin yaradılması və tədqiqatların ciddi nəticlərinin praktikaya tətbiqi bu gün Aqrar elmlərin qarşısında duran ən vacib məsələdir və Respublikamızda üzümüçlyün inkişafını təmin edən optimal yoldur. Vüqar müəllimin zəhmətsevərliyi, yüksək nəzəri bilikləri, beynəlxalq elmi nüfuzu və əlaqələri, başlıcası isə yüksək mənəviyyatı və vətənsevərliyi bu işin öhdəsindən bacarıqla gələcəyinə əminlik yaradırdı. Qarabağın, Şərqi Zəngəzurun abrogen üzüm sortlarının tədqiqi, dünyada tanıdılması, işğaldan azad olunmuş ərazilərdə üzüm bağlarının bərpasında Vüqar Səlimovun rəhbərliyi ilə ciddi, real işlər görülmüşdür.
Qısa zamanda görülən işlər, nəticələr ümidlərimizin doğruluğunu sübut etdi.

Böyük alim, həmişə cavan qalan dost, ata, həmişə yana bilən vətəndaş - Vugar !
Həmişə belə qalasan.
ALLAH sənə uzun ömür, sağlamlıq və yaşamaq istədiyin anları, hissləri versin.

Sadiq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31