Erməni terrorunu biz öz gücümüzə dayandırdıq - ÖZƏL
30 Mart 2024 12:11 Siyasət"Azərbaycan xalqına qarşı mənfur qonşularımız ermənilər və onların havadarları son bir əsrdə, hətta deyərdim ki, son iki əsrdə çox böyük faciələr törədiblər, soyqırımları həyata keçiriblər. Onlardan ən böyüklərindən biri təbii ki, 31 martla bağlıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"31 martda ermənilər təkcə Bakıda deyil, Bakıya qonşu rayonlarda, ərazilərdə, Azərbaycanın demək olar ki, bir çox ərazilərində dəhşətli soyqırım törədib, 10 minlərlə insanı faciəvi şəkildə məhv etmişlər. Lakin erməni terroru, ermənilərin törətdikləri soyqırımlar bununla bitməyib. Ermənilər qeyd etdiyim kimi, son 100 ildə xalqımıza qarşı qəddar, amansız əməllərini davam ediblər və istər Birinci Qarabağ müharibəsindən öncəsində, istər Birinci Qarabağ müharibəsi dövründə, istər İkinci Qarabağ müharibəsi ərəfəsində, baş verən zaman onların törətdikləri soyqırımlar, terror-təxribat əməlləri xalqımıza çox böyük faciələr, ağrılar gətirmişdir. Birinci Qarabağ müharibəsinin başlama ərəfəsində Qazaxın Bağanisayrım kəndində ermənilər çox dəhşətli bir faciə törədiblər, bir ailənin üzvlərini diri diri yandırıblar, insanları güllələyiblər, öldürüblər, faciəvi şəkildə yandırıblar, kənd əhalisini qovublar və bu gün də o kənd işğaldadır.
Daha sonra biz Xocalı faciəsini xatırlayırıq,çox dəhşətli bir faciə, soyqırımı olub. XX əsrin ən dəhşətli soyqırımlarından da Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdəndir və biz Qaradağlı, Meşəbəyli və digər soyqırımları, faciəvi məqamları da xatırlayırıq. Allah bütün ölənlərə, şəhidlərimizə rəhmət eləsin. Biz bu məsələlərin cavabını əldə etdiyimiz qalibiyyətlə verdik.
İkinci Qarabağ müharibəsində də ermənilər Gəncəyə, Bərdəyə qarşı raket hücumları ilə çoxsaylı mülki insanların ölümünə, obyektlərin dağıdılmasına səbəb oldular. Lakin bizim də imkanımız var idi ki, mülki infrastrukturu dağıdaq, erməniləri İrəvanda hədəf ala bilərdik. Amma biz bunu etmədik. Bu, bizim xalqımızın əsalətindən, humanistliyindən xəbər verir. Lakin erməni terrorunu biz öz gücümüzə dayandırdıq. Düzdür, müəyyən dövlətləri və təşkilatları çıxmaq şərti ilə dünyanın aparıcı dövlətləri və təşkilatları bu məsələləri seyirçi qaldılar və biz öz qisasımızı özümüz aldıq. İndi o, Gəncə və digər terror hadisələrini və digər birinci Qarabağ müharibəsi zamanı törədilən hadisələrdə iştirakçı olanları tutub gətirib, Bakıda biz mühakimə edirik, onlar cəzalarını alacaqlar. Yəni biz öz gücümüzə bu məsələləri, ədaləti bərpa etdik, bərpa etməkdə davam edirik. Bundan sonra Allah xalqımıza bu cür faciələr yaşatmasın, soyqırımları yaşatmasın və inanmıram ki, bundan sonra belə hadisələr olsun. Çünki artıq Azərbaycanın güclü dövləti var, güclü ordusu və güclü lideri var".