Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər müzakirə edildi

Dünən Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

XİN-dən Olaylar-a veirlən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31