İran Azərbaycana yeni səfir təyin edib

İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.

Olaylar.az xəbər verir ki, bu barədə İranın "Təsnim" xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Xatırladaq ki, martın 28-də İran mediası Baku TV-nin müxbirinə müsahibə verdikdən sonra səfiri istefaya çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31