Dəhlizin fəaliyyətə başlamasından sonra Azərbaycan-Çin əlaqələri daha da güclənəcək- Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycan və Çin arasında çox mühüm əlaqlər var. İki ölkə arasında yüksək səviyyədə siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Çin hər zaman Azərbaycanın ərazi böyüklüyünü dəstəkləyib. Azərbaycanda eyni zamanda Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir, " Bir dövlət " lahiyyəsini münaqişənin yeganə həll yolu hesab edir. Ölkələrimiz arasında geniş siyasi əlaqələr qurulmuşdur. İki ölkənin  hakim partiyaları -  Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur. Çin Zəngəzur dəhlizində əsas maraqlı olan ölkədir. Dəhlizin fəaliyyətə başlamasından sonra Azərbaycan - Çin əlaqələri daha da güclənəcək. Hazırda Azərbaycanda çoxsayda Çin şirkətləri fəaliyyət göstərir. Çin Azərbaycanın etibarlı iqdisadi tərəfdaşıdır. Ölkələrimiz arasında mühüm tərəfdaşlıq mühitinin inkişafı gələcəyə olan ümidləri artır. Bu əməkdaşlıq hər iki ölkənin üçün xeyirlilidir. Azərbaycan Çin üçün Şərqdən Qərbə gediş üçün etibarlı tərəfdaş, Çin isə Azərbaycan üçün yüksək  siyasi nüfuzu və dayanıqlı iqtisadi bazası olan güclü müttəfiqdir. Azərbaycan dövləti çox doğru strategiya izləyərək Çinlə əlaqələrin inkişafını ən yüksək səviyyəyə qaldırmışdır. Azərbaycan - Çin münasibətləri bundan sonra daha da inkişaf edəcək və strateji tərəfdaşlıq səviyyəsində davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31