Çin siyasi rəhbərliyi Azərbaycanla əlaqələrə xüsusi önəm verir-Vüqar Əhmədov- ÖZƏL

Çin dünyanın aparıcı dövlətidir və Azərbaycanla əlaqələrə önəm verir. 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Qlobal Şərq-Qərb iqtisadi və nəqliyyat dəhlizləri üzrə iki ölkə arasında əməkdaşlığa dair geniş perspektivlər mövcuddur. Bu yaxınlarda Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin bu ölkəyə səfəri, qarşıdan gələn COP29 tədbirləri çərçivəsində əməkdaşlığın muzakirə olunması ondan xəbər verir ki, Azərbaycanın yürütdüyü siyasət kiçik ada ölkələri, o cümlədən Şərqi Asiya ölkələrinin aktiv qlobal proseslərə cəlb olunmasına dəstək olmaqdır. Düşünürəm ki, Azərbaycanın Çinlə iqtisadiyyat, enerji, nəqliyyat, texnologiyalar, hərbi texnologiyalar sahəsində geniş əməkdaşlıq qurmaq məsələsi gündəmdədir və bu, bütövlükdə regionumuza və ölkəmizə böyük dividentlər gətirəcək. Bunun infrastrukturu artıq formalaşıb və Azərbaycan Mərkəzi Asiya ölkələrinə açılan qapı olduğu kimi Çin bazarına çıxışda da açar ölkədir və bu tərəfdaşlığı getdikcə genişləndirmək lazımdır. Çoxqütblü dünyada və müasir dünya siyasi nizamında Çinin xüsusi çəkisi var və Çin siyasi rəhbərliyi Azərbaycanla əlaqələrə xüsusi önəm verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31