Bu görüş Ermənistanın təhlükəsizliyinə zəmanət vermək üçündür-Azad Məsiyev- ÖZƏL
29 Mart 2024 15:26 Siyasət"ABŞ Cənubi Qafqaza girmək üçün Paşinyanı hakimiyyətə gətirdi. Paşinyanın əlini gücləndirmək üçün müttəfiqi olan Qərb koalisiyası, yəni Avropa İttifaqına da Paşinyana dəstək, onun hakimiyyətini qorumaq üçün həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən dəstək vermək üçün təlimat verdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:
"Paşinyan son vaxtlar ABŞ-nin siyasətini həyata keçirməkdə tərəddüd edir, çünki, Rusiyadan gələn təzyiqlər Paşinyanı qorxu altında saxlayır. Bu baxımdan Paşinyanı yenidən dəstəkləmək üçün ABŞ və Aİ birlikdə Paşinyanla görüş təşkil edib və bu görüşü Paşinyanın təhlükəsizliyinə zəmanət vermək üçün planlaşdırırlar. Plan ondan ibarətdir ki, Paşinyanı həvəsləndirsinlər, açıq dəstək və yeni təlimatlar versinlər. Ümumilikdə başda ABŞ olmaqla Qərb koalisiyası Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətdikdən sonra Cənubi Qafqaza Ermənistan üzərindən keçmək istəyir. Cənubi Qafqazda aparıcı dövlət Azərbaycan olduğuna görə, Ermənistan üzərindən Azərbaycana da təzyiq antenasını başlatmaqdadır. Son vaxtlar Aİ və ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlar səslənməkdədir. Buna Azərbaycana təzyiq kompaniyasının hissəsi kimi baxmaq lazımdır. Ümumilikdə Ermənistanı Azərbaycanla yeni konfiliktə sürükləmək istəyirlər. ABŞ və Qərb koalisiyasının Cənubi Qafqaza girməsi üçün mütləq şəkildə Ermənistanla Azərbaycan arasında atəşkəs pozulmalı və münaqişə yenidən körüklənməlidir".