Rusiya bir daha görəcək ki, əsl etibarlı tərəfdaş kimdir - ÖZƏL

"Lavrovun açıqlamasını obrazlı şəkildə "sandığın açılması və pambığın tökülməsi" kimi dəyərləndirə bilərik". 

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Yəni, Ermənistanla öz aralarında apardıqları açıq, gizli danışıqlar, onların nəticələri, gəldikləri ortaq məxrəcləri və sonda Ermənistanın öz vədlərindən imtina etməsi, Rusiyanı pis vəziyyətdə qoyması və bütün bunlar əlbəttə ki, Azərbaycan üçün də maraqlıdır. Digər tərəfdən də o qeyd edir ki, Ermənistan Azərbaycana da söz verib, əməl etməyib. Biz də illərdir nə deyirik? Deyirik ki, Ermənistan etibarlı tərəfdaş deyil, Ermənistanla hər hansı məsələdə masa arxasında razılığa gəlmək asan deyil. Çünki onlar verdikləri sözü Azərbaycandan fərqli olaraq tutmurlar. Azərbaycanda isə durum belədir. Prezident İlham Əliyev deyir ki, sözümüz imzamızdır, yəni söz ağzımızdan, çıxdısa əməl edəcəyik. Ermənistanda belə deyil. İndi Lavrovun dilə gələrək bütün bunların səsləndirməsi ondan xəbər verir ki, Rusiya həqiqətən də Ermənistanla münasibətlər məsələsində boğaza yığılıb. Yəni Ermənistana etibar, etimad tükənib. Ona görə də bu gizlinləri belə açıqlamaq məcburiyyətində qalıblar. Əlbəttə ki, bu durumun Azərbaycana bir fayda və ya ziyan varmı? Ziyanı olacağını düşünmürəm, çünki zərərli heç nə yoxdur. Bizim burada hər hansı bir ziyanlı addımımız olmayıb, olan da deyil. Məncə, bu, daha çox Azərbaycanın xeyrinə yarayacaq. Çünki Rusiya bir daha görəcək ki, əsl etibarlı tərəfdaş kimdir və ümumiyyətlə, bu qalmaqalı, bu qarmaqarışıq dövrdə Azərbaycan həqiqətən də "sözümüz imzamızdır" dediyinə əməl etməkdədir. Yəni o baxımdan mən düşünürəm ki, Rusiya Azərbaycanın dəyərini bilməlidir və ikitərəfli münasibətlərdə bu faktoru mütləq nəzərə almalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31