Bələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib - Komitə sədri
29 Mart 2024 12:26 SiyasətBələdiyyə torpaqlarının böyük hissəsi zəbt edilib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.
Deputat qeyd edib ki, məhkəmələrdə bələdiyyələrin təqdim etdiyi çox sayda iş var: "Məhkəmələr qərar verməlidir ki, o torpaqlar boşaldılsın və bələdiyyələr istifadə etsin. Azərbaycanda bələdiyyə məktəbi də, bağçası da, sosial obyektləri də var. Azərbaycanda nümunəvi bələdiyyələr mövcuddur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31