Bəzi partiya sədrləri deyir ki, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi-Deputat

"Bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər hansı hüququnu təmin edə bilməz: "44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı".  Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib:

"Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı alındı. Bu onun göstəricisidir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə olan demokratiyanın, söz, mətbuat azadlığının göstəricisidir. Bunu gözü götürməyən qüvvələr isə çoxdur. Hətta bəzi partiya sədrləri, blogerlər var, deyirlər ki, dünyanın müxtəlif yerlərində, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi. Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər".

Millət vəkili əlavə edib ki, dünyada son dövrlər təhlükəsizlik bir nömrəli məsələyə çevrilib: "11 sentyabr hadisələri dövründə Corc Buşun bir çıxışı var idi ki, ABŞ birinci yerə vətəndaşın təhlükəsizlik məsələlərini çıxarır, media azadlığı, söz azadlığı və digər bu kimi məsələlərdən geri çəkilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31