Uzunmüddətli mühafizə orderini yeni qaydada veriləcək
29 Mart 2024 11:46 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, prokurorun da uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malik olması təklif edilir.
Qeyd edək ki, qüvvədə olan qanuna görə zərər çəkmiş şəxs və müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) belə hüquqa malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31