Millət vəkili Makrona mesaj verdi
29 Mart 2024 11:45 SiyasətMillət vəkili Aydın Mirəzadə parlamentin bu gün keçirilən iclasında Fransa prezidenti Emanuel Makrona müraciət edərək Azərbaycan və Ermənistan tərəflərinin insan hüquqları, sülh müqaviləsinin imzalanması məsələlərinə münasibətinə aydınlıq gətirib:
"44 günlük Vətən müharibəsində Ermənistanın Ombudsmanı Azərbaycan barədə qərəzli fikirlər səsləndirirdi. Azərbaycanı aşağılayır, müharibəni təqlid edirdi. Bundan fərqli olaraq Ombudsman Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Səbinə Əliyeva eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb. Budur, Ermənistan və Azərbaycan insanının müharibə və insan hüquqlarına münasibətinin fərqi".