Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşüb
29 Mart 2024 11:15 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərinə səfəri çərçivəsində ermənistanlı həmkarı ilə görüşüb. Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova bildirib. Qeyd edib ki, Cenevrə şəhərinə səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüşüb.
Spiker qeyd edib ki, aparılmış müzakirələr zamanı davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31