Erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır- ÖZƏL
29 Mart 2024 10:58 Siyasət"Tarixi araşdırmaların miqyası genişləndikcə erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib: "Son 20 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev həqiqətlərimizin təbliği istiqamətində mühüm addımlar atır. Cənab İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını, Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini qarşıya əsas vəzifə kimi qoyur. Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini, həmçinin həmin ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamın imzalanmasını xüsusi qeyd etməliyik. "Azərbaycan Xalq Cümhuriyyəti İli" tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilinə, zəngin tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaratdı. Ümummilli Lider Heydər Əliyevin gələcəyimiz kimi dəyərləndirdiyi gənclərin qarşısında qoyduğu əsas vəzifələrdən biri tariximizin öyrənilməsi idi. Bu çağırışın davamı olaraq Prezident İlham Əliyev bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Müzəffər Ali Baş Komandan son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimizdən bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini xüsusi qeyd edir".