İran bu ölkələri Xəzərə buraxmaq istəmir
29 Mart 2024 10:47 Siyasətİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səylərini regionun maraqlarına zidd adlandırıb.
Olaylar xəbər verir ki, o, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.
Abdullahian üçüncü Xəzər İqtisadi Forumunun "Xəzər beşliyi" ölkələri - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.
O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla danışıqlar aparıb:
"Enerji, tranzit, nəqliyyat, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və onun gələcəkdə sürətli artımını gözləyirik". (Axar)