ABŞ və Aİ ölkələri Ermənistanı yenidən təxribarlara hazırlayır-Ramiz Alıyev- ÖZƏL

"ABŞ-Ermənistan-Aİ-nin müştərək konfransı regionda yeni münaqişələrin yaradılmasına hesablanıb. Ya da bunu bitmiş münaqişənin yenidən alovlandırılmasına hesablanmış görüş kimi də qiymətləndirmək olar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib:

"Əgər belə olması idi, əgər  Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, iqtisadiyyatın inkişaf etməsi, ölkələrin mehriban qonşuluq formatında yaşamasını istəyirdilərsə, ora Cənubi Qafqazdan yalnız Ermənistanı deyil, digər ölkələri- Azərbaycan və Gürcüstanı da dəvət etməli və müzakirələr aparmalı idilər. Ermənistanla Azərbaycan arasında bitmiş bir münaqişəni sülh yolu ilə rəsmi təsdiqləməli idilər və təsdiqlənməsində yardımçı olmalı idilər. Belə olmadığı təqdirdə əlbəttə ki, biz düşünə bilirik ki, ABŞ və Aİ ölkələri, Fransa başda olmaqla Ermənistanı yenidən təxribarlara hazırlayır. Ermənistanda olan revanşist qüvvələri yenidən hərəkətə gətirir. Azərbaycana, regionda olan digər dövlətlərə Ermənistan vasitəsi ilə təxribatlar törədəcəklər. Tək Azərbaycana qarşı deyil, gələcəkdə Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə qarşı təxribatlar olacaq. Ukraynada əldə edə bilmədikləri "uğuru" Ermənistan üzərindən əldə etmək istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31