Postkolonial siyasət deyiləndə ilk ağıla gələn ölkələrdən biri məhz Fransadır-Sultan Zahidov- ÖZƏL

"Ümumiyyətlə, "Le Fiqaro" qəzeti Fransadakı erməni diasporasının maraqlarını dəfələrlə müdafiə etmiş, ümumiyyətlə, erməni diasporasının ianələri ilə də öz fəaliyyətini təşkil edən bir mətbu orqan-qəzetdir".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan buradakı ələlxüsus ermənilərlə bağlı yazılarda böyük həcmdə qərəz mövcuddur. Məqalədə qeyd olunan bəzi məsələlər, o cümlədən, Fransanın hazırki rəhbərliyinin ermənipərəst olması, əslində həqiqəti əks etdirir. Amma bu o demək deyil ki, Fransa hansısa bir ədalətli, qərəzsiz bir mövqeyi müdafiə edir. 2022-ci ildə həqiqətən də Roma Papası ilə Makronun görüşü baş vermiş və bu görüşdə erməni məsələsi müzakirə olunmuşdu. Lakin Makron bu görüşdən istədiyi nəticəni almamış və məyus olmuşdu. Keçən il də Makronun təşəbbüsü ilə Fransa bir neçə dəfə erməni məsələsini  BMT Təhlükəsizlik Şurasının gündəminə gətirmək istəmiş, amma onun bu səyləri uğursuzluqla nəticələnmişdir. Fransanın niyyəti ondan ibarət idi ki, Azərbaycana qarşı ədalətsiz bir qətnamənin qəbul olunmasına nail olsun. Beynəlxalq ictimaiyyət, o cümlədən, Azərbaycanın ədalətli mövqeyinin tərəfdarı olan dost ölkələr buna qarşı çıxmış, Fransanın ermənipərəst xəyalları növbəti dəfə puç olmuşdur. Makronun ermənipərəstliyi hələ İkinci Qarabağ müharibəsi dönəmində özünü göstərmişdir. Həmin ərəfədə Emmanuel Makron dəfələrlə Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürmüş, hətta Suriyadan terrorçulardan istifadə etməklə Qarabağda döyüşlər həyata keçirdiyini vurğulamışdır. Sözsüz ki, sonradan Azərbaycan tərəfi Makrona yanlış olduğunu izah etmiş və Emmanuel Makron bu mənada geri addım atmışdır. Makronun dönəmində Fransa Senatının Azərbaycanla bağlı verdiyi separatçı rejimin dəstəkləndiyi, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik çağırışları edən qərarlar dəfələrlə qəbul edilmiş və Fransa bununla da ermənidən çox ermənipərəst olduğunu nümayiş etdirmişdir. Bu ilk növbədə ondan irəli gəlir ki, Makron dünyanın bir sıra yerlərində Fransanın azalan nüfuzunun fərqindədir və Fransanın Şarl de Qoll dönəmindəki əzəmətini geri qaytarmaq istəyir. Bunun üçün də müxtəlif səpkili təxribatçı, provokativ, destruktiv fəaliyyətlər həyata keçirir. Amma reallıq ondan ibarətdir ki, bu fəaliyyətlərin heç biri Fransanın istədiyi nəticəni vermir. Nə Cənubi Qafqazda, nədə ki, digər istiqamətlərdə Fransa müsbət dividentlər əldə edə bilmir. Digər tərəfdən Fransanın ən son "Ukraynaya Fransa qoşun göndərsin" açıqlaması özü də Fransanın xarici siyasətində böyük boşluqlar olduğunu göstərir. Çünki, dünyanın heç bir ölkəsi, ABŞ belə bununla bağlı bir bəyanat verməyib. Amma Fransa "harada aş, orada baş" siyasətini yürütməklə  daha aktiv siyasət yürütməyə, daha böyük nüfuz sahibi olmağa  cəhd göstərir ki, bütün bunlar da lazımi nəticəni vermir. Makronun beynəlxalq ictimaiyyətdə Azərbaycan -Ermənistan məsələsində lazımi dəstək qazanmamasının əsas iki səbəbi var. Birincisi, beynəlxalq ictimaiyyət özü də Azərbaycanın mövqeyinin ədalətli  olduğunu, Azərbaycanın öz suverenliyini bərpa etdiyini görür. İkicisi isə Fransanın hiyləgər məkrli siyasəti və ambisiyaları hər kəsə bəllidir. Hər kəs Fransanın oyunlarını başa düşür və bu oyunların qurbanına çevrilmək istəmir. Bu gün dünyada postkolonial siyasət deyiləndə ilk ağıla gələn ölkələrdən biri məhz Fransadır. Sözsüz ki, belə olan təqdirdə beynəlxalq ictimaiyyətin də, dünya ölkələrinin də Fransaya etimadı olmaz və Fransa öz istədiyi məqsədlərə nail ola bilməyəcəkdir. Vatikanın da, ABŞ-nin də Fransanın ümidlərini puça çıxarmasının əsasında bunu görürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31