Uğursuz erməni sifarişi fiaskoya uğradı

Solovyov geriyə addım atdı

"Cəmiyyəti yanlış yönləndirməklə məşğul olan  jurnalist  Solovyov media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiya edir. Onun "Crocus"da törədilən terror aktında  "Azərbaycan izi" axtarmaq cəhdləri ermənipərəst mövqeyinə görədir. Görünür, sonuncu dəfə hazırda Bakıda həbsdə olan separatçı David Babayanı efirə çıxardığı üçün Azərbaycandan üzr istəyən Solovyov bu hərəkəti üçün "darıxıb". "Olaylar" xəbər verir ki, bunu "Baku TV"-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov bildirib.
Qeyd edək ki, Solovyov Azərbaycanla bağlı geri addım atıb. O, "Crocus"da törədilən terror aktında guya azərbaycanlının iştirakına eyham vurduğu təxribat xarakterli açıqlamalarına aydınlıq gətirməyə çalışıb: "Maraqlıdır ki, məni hansısa milləti və ya ölkəni təhqir etməkdə günahlandırırlar. Bəli, o 4 qatil haqqında ilk məlumat çıxanda soyadlardan biri mənə azərbaycanlıya aid olduğu kimi göründü. Erməni və ya qazax kimi də görünə bilərdi. Mənim bütün millətlərin nümayəndələrinə münasibətim çox yaxşıdır. Mən sovet beynəlmiləlçisiyəm".
Xatıladaq ki, dəfələrlə ermənipərəst çıxışları ilə gündəmə gələn jurnalist Solovyov"Crocus City Hall"da törədilən teraktda "azərbaycanlı izi"nin olduğnu eyham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31