O şəbəkələr sülhü əngəlləyən bütün faktorlarda maraqlıdırlar...-Tural İsmayılov- ÖZƏL
28 Mart 2024 14:39 Siyasət"Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ermənistanda konstitusiya dəyişikliyini təkcə revanşistlər yox, Fransa və istismarçı Qərb dairələri də istəmir. Hesab edirəm ki, ABŞ və Avropa İttifaqı və ya Rusiya platformalarında görüşlərin davam etməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə səmimi inam və dəstək göstərilməlidir. Brüsseldə Aİ və ABŞ-nin Ermənistanla keçirəcəyi görüş əslində Qərb neoimperialist şəbəkələrinin Cənubi Qafqaz regionu ilə bağlı həyata keçirmək istədiyi təhlükəli plan və tendensiyaları növbəti dəfə ortaya qoymuş olur. O şəbəkələr sülhü əngəlləyən bütün faktorlarda maraqlıdırlar. Ona görə də əllərindən gələni edirlər. Konstitusiya dəyişikliyi məsələsində də Ermənistan müstəqil siyasi qərarlar almaqda acizdir. Azərbaycanın razılığı alınmadan Ermənistan ərazilərində Aİ mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı Sorosçu Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək adı altında ikinci Maysan ssenarisini həyata keçirməyə çalışır. Faktiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat plasdarmları formalaşdırmağa çalışır. Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, Ermənistanın inkişafını istəməyən, Ermənistandan ancaq özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışan başda Fransa və ABŞ-dəki ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar".