Ermənistan İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmayıb- ÖZƏL

"Ata vəsiyyətinə əməl edən, layiqli varis Prezident İlham Əliyev Baharın gəlişini  işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməyi  ənənə halına çevirib. Belə ki, dövlətimizin başçısı Novruz tonqalını 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Tərtərin Talış kəndində yandırmışdı. Bu il isə düşmən tapdağından azad olunmuş yurd yerimiz Xankəndi şəhərində bayram tonqalını alovlandırdı". "Olaylar"ın məlumatına görə, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Cari ilin 18 mart tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Dövlət başçımız dördüncü dəfə Novruz bayramının Qarabağın azad edilmiş torpaqlarında qeyd edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın müstəqil və suveren dövlət kimi öz torpaqlarında öz bayramlarını qeyd etmək hüququnu təsdiqlədi. Bu, həmçinin, ölkənin ərazi bütövlüyünün tamamilə təmin edildiyini və antiterror tədbirləri   nəticəsində suverenliyin tam bərpa olunduğunu göstərir. Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Prezident İlham Əliyev vurğuladı ki, bu işlər keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır.  Azərbaycan həmçinin İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmayan və qanunsuz silahlı birləşmələrini  Azərbaycan torpaqlarında saxlamaq istəyən Ermənistanın bu cəhdlərinin qarşısını almaq üçün zəruri addımlar atır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31