İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirdi- ÖZƏL

"Dördüncü dəfədir ki, Qarabağda bayram tonqalı qalayan cənab Prezident arzuladığımız bu günü bizə bəxş etməklə əsil bayram hədiyyəsi vermiş oldu". Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, Novruzun gəlişini Qarabağda qeyd edən ölkə başçısı Xankəndi şəhərinin mərkəzi meydanının "Zəfər meydanı" adlandırılmasını müjdələyərək bildirdi ki, qədim Xankəndi bizlərə Qarabağ xanı Pənahəli xanın yadigarıdır: "Bizim xan babalarımızın saldığı bu şəhər 30 ildən artıq erməni separatistlərinin əlində olsa da bu gün azaddır. Müzəffər Ordumuz birgünlük antiterror əməliyyatı keçirməklə doğma şəhərimizi işğaldan azad elədi. Bu gün isə bütün Qarabağda, Şərqi Zəngəzurda bərpa işləri görülməklə bərabər, Xankəndidə separtizmin qalıqları ləğv edilir, şəhər öz tarixi simasına qaytarılır. Separatizm yuvası olan "parlament binası" artıq yoxdur. Şuşada da eyni vəziyyətdir. Separatçıların "parlament biması" adlandırdıqları qondarma tikilinin yerində indi beşulduz otel ucalır. Builki bayram tonqalı isə separatizmin son tör-töküntülərini birdəfəlik tarixin zibilliyinə ataraq yandırmış oldu. Bəli, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik yolunda zəfərlə addımlayan Prezident İlham Əliyev bu gün ölkəmizin müstəqillik rəmzinə çevrilib və onun həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31