Əsas məqsəd Ermənistanın təhlükəsizlik məsələsinə dəstək olmaqdır-Əli Mustafa- ÖZƏL
27 Mart 2024 21:46 Siyasət"ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri Paşinyanla görüşüb. Görüşdə əsas məqsəd Ermənistanın təhlükəsizlik məsələsinə dəstək olmaqdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu təhlükənin Azərbaycan, Rusiya ilə bağlı olması haqda mülahizələr var. Bu dəqiqləşəcək, amma əsas odur ki, aprelin 5-də həm ABŞ-dən Blinken, həm də Avropa İttifaqından Ursula Fon der Lyayen Paşinyanı necə qorumaq, onun təhlükəsizliyini necə təmin etmək barədə görüş keçirəcək. Bu barədə bizim XİN Nazirinin bəyanatı var. XİN naziri də haqlıdır. Çünki, 30 il işğalla məşğul olan Azərbaycan bu gün müdafiə olunur, amma 30 il işğala məruz qalan Azərbaycan barədə ABŞ və Avropa İttifaqı heç vaxt toplantı təşkil etmədi. Qərbi ikili standartla ittiham etməkdə tam haqlıyıq. Qısaca, Ermənistanın təhlükəsizlik məsələsini təmin etmək məqsədi ilə bu görüş keçirilir. Nəticəsi nə olacaq, bizə xeyirdi, ziyandı, hər halda bütün hallarda biz Ermənistanla hələ də münaqişə vəziyyətindəyik. Bütün hallarda bu görüşün bizdən kənar, yalnız Ermənistanla keçirilməsi Qərbin qeyri-səmimi olduğunu, proseslərə ikili standartlarla yanaşdığını göstərir. Böyük ehtimalla mümkündür ki, bu daha çox Ermənistanı Rusiyadan qoruma və ya Paşinyanı Ermənistanda gözləyən təhlükələrdən qoruma məqsədi ilə olunur. Hər halda ikili standartların olduğunu deməkdə tam haqlıyıq".