Qərb ölkələri Ermənistanı Rusiya ilə üz-üzə qoymaq planını işə salmağa çalışır-Zeynal Əmrəliyev- ÖZƏL

"Çox böyük təəssüflər olsun ki, Qərb ölkələri ənənəvi olaraq yenə Ermənistanı təxribata çəkmək niyyətindədirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"ABŞ və Avropa İttifaqının Ermənistanla birlikdə sammit keçirməsində əsas məqsəd bölgədəki münaqişəni daha da alovlandırmaqdır. Qərb ölkələri Ermənistanı Rusiya ilə üz-üzə qoymaq planını işə salmağa çalışır. Bütün məqsədləri də budur. Rusiyanın cəbhəsini parçalamaq üçün hansısa dövləti yem etməli idilər. Ermənistanı idarə edənlərin zəifliyindən və gücsüzlüyündən istifadə edərək indiki Ermənistanı yem kimi Rusiyanın qabağına atıblar. Həmin görüşdə ənənəvi olaraq həm Rusiya, həm Türkiyə, həm də Azərbaycana qarşı çox qərəzli, ədalətə və beynəlxalq hüquq normalarına söykənməyən ifadələr işlədiləcək, açıqlamalar veriləcək. Qərb ölkələri təəssüflər olsun ki, bununla özlərini gözdən salırlar. Əfsuslar olsun ki, Yelisey sarayında Makronun çaldığı havaya bir çox Qərb lideri oynamağa başlayıb. Onlar da Fransanın cərgəsinə qoşularaq Ermənistanı kütləvi şəkildə təxribata çəkməyə çalışırlar. Bu, heç də uğurlu addım deyil. Güman edirəm ki, Qərb ölkələrinin xalqları öz liderlərini seçkilərdə bununla bağlı başa salacaqlar ki, hansısa regionda bu cür təxribatlara yol vermək arzuedilən deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31