Bir çox qüvvələr Azərbaycan-Rusiya münasibətlərinin normal olmasından heç də məmnun deyillər-Oqtay Qasımov- ÖZƏL

"Rusiya mediasında bir çox antiazərbaycan mövqeli jurnalistlər var. Bunların bir çoxu da erməni diasporası ilə iç-içə olan və rüşvət müqabilində onlara xidmət edən jurnalistlərdir ki, onların içərisində bəlkə də birincisi, Solovyovdur". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylara açıqlamasında bildirib:

"Məhz ortada heç bir fakt olmadan, demək olar ki, terror aktının böyük ölçüdə sifarişçiləri ilə bağlı ehtimallar ortada olduğu halda onun qəsdən bu məsələni Azərbaycana və Türkiyəyə qarşı yönəltməsi təbii ki, həm Kremldə, həm Ermənistanda müəyyən qüvvələrin səyi ilə baş tutan məsələdir. Belə ki, Rusiya hakimiyyət dairələrində müəyyən qüvvələr var ki, onlar da Azərbaycanla münasibətlərdən daha çox Ermənistanla münasibətlərin yaxınlaşmasında maraqlıdırlar. Bu baxımdan da Azərbaycan hədəf seçilib. Bütün hallarda Solovyov kimi satılmış şəxslərin mövqeyi mən hesab etmirəm ki, Rusiyanın rəsmi mövqeyidir.
Azərbaycanla Rusiya arasında iki il öncə imzalanmış müttəfiqlik fəaliyyətinə dair müqavilə də var. Bir çox qüvvələr Azərbaycan-Rusiya münasibətlərinin normal olmasından heç də məmnun deyillər, onu pozmağa çalışırlar. Bu terror hadisəsindən də müxtəlif dövlətlər o cümlədən, qüvvələr də öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar ki, bunların da sırasında Solovyov da var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31