Çalışacaqlar ki, Azərbaycan məğlub olsun-Əziz Əlibəyli- ÖZƏL

"Brüsseldə Aİ və ABŞ-nin Ermənistanla keçirəcəyi görüşün  əsas məqsədi hər iki ölkənin adını birgə hallandırmaqla  Azərbaycan-Rusiya münasibətlərində ciddi dönüş yaratmaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Ermənistanın başlatdığı avropalı siyasi texnoloqlarla planın tərkib hissəsidir. Öncə müşahidəçi missiyası ilə daxil olunma prosesinin yekun həddi ölkəyə qalıcı missiyanın gətirilməsi, Ermənistanın silahlandırılması və onun müdafiə olunması tezisi adı altında yeni böyük toqquşmaya da səbəb verməkdir. Bu toqquşmada da hesabladıqları Azərbaycanın məğlub olması  addımıdır. Çalışacaqlar ki, belə bir proses yaşansın. İndi necə yekunlaşacaq, hansı formada bunların şahidi olacağıq, bunu yaxın gələcək göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31