Nə Koçaryan, nə də onun xarici çətiri Paşinyanı devirmək istəyindədir- ÖZƏL

"Əgər Robert Koçaryan və Serj Sarkisyan, digər qocamanlar ürəklidirlərsə, Paşinyanı devirsinlər və olacaqları öz gözləri ilə hakimiyyət kürsüsündən görsünlər. "Qarabağ klanı" hakimiyyətə gələn kimi baş verəcək yeni müharibə və onun nəticəsi özlərinə də bəllidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, ona görə hazırda nə Koçaryan, nə də onun xarici çətiri Paşinyanı devirmək istəyindədir: "Gələcək aylarda labüd olacaq hadisələrdə məsuliyyəti Paşinyanın üzərinə atmaq, ondan sonra isə onu devirmək üçün hərəkətə keçəcəklər. Təkrar edirəm, onlar Ermənistanın hansı addımlar atacağını bilirlər və məsuliyyətdən qaçırlar. Əgər doğrudan da Paşinyanın qərarlarına qarşıdırlarsa, o zaman getsinlər Tavuşa, Gorusa, Mehriyə və hadisələrin qarşısını alsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31