Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyası öz işinə başlayıb
27 Mart 2024 13:49 Siyasət"Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyası Fransanın Paris şəhərində öz işinə başladı. Sessiyada kosmik fəaliyyətin əhəmiyyəti, onun qlobal problemlərin azaldılması səylərinə töhfə vermək imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, tədbirin ilk günü federasiya rəhbərinin təqdimatında 2023-cü ilin oktyabrında Bakıda keçirilən beynəlxalq konqresin nəticələri də müzakirə olundu: "Aydın oldu ki, sonuncu Bakı konqresində federasiyanın keçirdiyi tədbirlər içərsində ən çox coğrafi qatılım olub. Belə ki, Bakı tədbirinə 132 ölkədən nümayəndə qatılıb. Kosmik fəaliyyətdə 3G prinsipinin tətbiqinin genişləndirilməsi müzakirə olunur. Bu kosmik fəaliyyətdə gənclər, gender və coğrafi genişlənmə yanaşmasıdır. 75-ci Beynəlxalq Astronavtika Konqresi 2024-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində təşkil ediləcək".