Azərbaycanın dövlət siyasəti xalqının maraqlarına əsaslanır- ÖZƏL
27 Mart 2024 12:55 Siyasət"Azərbaycan xalqımızın illərdən bəri arzusunda olduğu Zəfəri beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini döyüş meydanında bərpa etdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Ali Baş Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun rəşadəti, vahid amal uğrunda birlik olan insanlarımızın bütövlüyü, vəhdəti bir daha sübut edi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Düşmən separatizminin yuvasına çevrilmiş Xankəndidə bayram tonqalının alovlandırılması dünyanın dörd bir yanında dostları şad, düşmənləri xar etdi".