Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub
27 Mart 2024 12:22 SiyasətAzərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.
Olaylar bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan terrorçular insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror zamanı 139 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31