Ekvador Prezidenti Prezident İlham Əliyevi təbrik edib
27 Mart 2024 12:18 SiyasətEkvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.
Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.
Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31