Bu terrorda Ukraynanın hədəf alınması taktiki baxımdan yanlışdı- ÖZƏL

"Rusiyanın Moskva şəhərində "Krokus City"də törədilən terror hücumu ölkə daxilində elita daxili çəkişmələrin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, Prezident seçkilərində V. Putin yüksək faiz səs yazıldıqdan sonra onun getməsində maraqlı olan qüvvələr bu silahlı hücumu təşkil etməklə ölkə daxilində xaos və siyasi sabitliyi hədəfə ala bilərlər: "Bu terrorda Ukraynanın hədəf alınması taktiki baxımdan yanlışdı. Ukrayna Rusiyanın strateji obyektlərinə açıq şəkildə zərbələr endirir və bu legitimdir. Ukrayna kəşfiyyati mülki insanlari hədəf alacaq şəkildə belə bir aksiyaya getməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31