Bu gün azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq- ÖZƏL

"Bu gün azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə görə, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir: "Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Şuşada separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu "Şuşa" oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlandı.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Bu baxımdan Novruz təbriki də xüsusi diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev "Buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq" söyləyərək bu mesajı da çatdırdı: "Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31