Cenevrədə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı keçirilib - VİDEO - FOTO
27 Mart 2024 10:58 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti martın 23-25-də Parlamentlərarası İttifaqın 148-ci Assambleyasının keçirildiyi Cenevrədə işgüzar səfərdə olub.
Olaylar bildirir ki, Sahibə Qafarova Assambleyada çıxış edib, həmçinin tədbirdə iştirak edən bir sıra xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşlər keçirib.
Bundan əlavə, tədbir çərçivəsində Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi təqdimatı da nümayiş etdirilib. Təqdimatı Parlamentlərarası İttifaqın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Sevil Mikayılova nümayiş etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31