Dövlətləri dövlət edən onların dəyərləri və adət-ənənələridir- ÖZƏL
27 Mart 2024 10:39 Siyasətİdrak Bakı Liseyində "Bütöv Azərbaycana ilk bahar gəlir" adlı festival keçirilib. Festivala millət vəkili Ceyhun Məmmədov da qatılıb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "İdrak Bakı Liseyində "Bütöv Azərbaycana ilk bahar gəlir" adlı festival da iştirak etdik. Şagirdlər tərəfindən hazırlanan, işğaldan azad olunmuş ərazilərə məxsus yemək və şirniyyatların festivalda nümayiş olunması xoş təəssürat yaratdı.
Dövlətləri dövlət edən onların dəyərləri, mədəniyyətləri və adət-ənənələridir. Bu gün təhsil sistemimizin qarşısında duran ən mühüm vəzifələrdən biri milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi gənc nəslə ötürmək və onların bu ruhda böyüməsinə nail olmaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31