Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27 Mart 2024 10:29 SiyasətErmənistan hakimiyyəti Rusiyanı buradan çıxarıb, ölkəni türk vilayətinə çevirməyə çalışır.
Olaylar bildirir ki, bunu Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir və burada Türkiyə regionda həlledici rol oynayır:
"Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri də yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr mövcud deyil. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər". (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31