Kəmaləddin Heydərov rusiyalı həmkarına məktub göndərdi
23 Mart 2024 12:31 SiyasətFövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moskvadakı "Krokus Siti Holl"da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədar Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.
Olaylar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31